...

“Qarabağ”ın futbolçusu Azərbaycan çempionatları tarixinə düşüb

İdman Materials 12 May 2025 14:45 (UTC +04:00)
“Qarabağ”ın futbolçusu Azərbaycan çempionatları tarixinə düşüb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bədavi Hüseynov “Qarabağ”ın heyətində Azərbaycan çempionatlarında 250-ci oyuna çıxıb.

Trend Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, onun yubileyi Premyer Liqanın XXXIV turunun “Araz-Naxçıvan”la görüşünə (2:0) təsadüf edib.

Müdafiəçi 2012-ci ildən formasını geyindiyi klubdakı bu görüşlərdə 4 qola imza atıb. Bədavi Azərbaycan çempionatları tarixinə eyni klubda ən azı 250 matça çıxan 6-cı futbolçu kimi düşüb.

1. Maksim Medvedev (“Qarabağ”) – 376

2. Qara Qarayev (“Qarabağ”) – 305

3. Aslan Kərimov (“Qarabağ”) – 268

4-5. Rahid Əmirquliyev (“Xəzər Lənkəran”) – 254

Riçard Almeyda (“Qarabağ”) – 254

6. Bədavi Hüseynov (“Qarabağ”) – 250.

Xəbər lenti

Xəbər lenti