...

UEFA ofsayd qaydalarını dəyişə bilər

Dünya xəbərləri Materials 12 May 2025 20:02 (UTC +04:00)
UEFA ofsayd qaydalarını dəyişə bilər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Futbolda ofsayd qaydaları qısa zamanda əhəmiyyətli dəyişikliyə məruz qala bilər. Belə ki, onun bəzi şərhləri diskomforta səbəb olur.

Trend xəbər verir ki, bunu UEFA-nın baş katibi Corco Marketti bildirib.

O qeyd edib ki, millimetrlik offsayd diskomfort yaradır.

"Qolların bir neçə santimetrə görə ləğv olunmasının qarşısını almaq məqsədilə, bədənin yalnız əhəmiyyətli hissəsinin xətti keçməyini nəzər alan dəyişikliklər nəzərdən keçirilir. VAR əsas nəzarət sistemi olaraq qalsa da, oyunu korlamamaq üçün ondan balanslaşdırılmış şəkildə istifadə etmək lazımdır”, - deyə baş katib qeyd edib.

Marketti bildirib ki, UEFA Beynəlxalq Futbol Federasiyası (FİFA) və Beynəlxalq Futbol Assosasiyaları Şurasının (IFAB) apardığı araşdırmanın nəticələrini diqqələt izləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti