Bakı. Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiqedici sənədinə əsasən, əkin məqsədilə ölkəyə gətirilən ağaclar, kollar, kolcuqlar, ot bitkiləri idxal gömrük rüsumuna cəlb olunmayacaq.
Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək.