...

Ermənistanda Koçaryan və ailə üzvlərinin əmlakı müsadirə oluna bilər

Dünya xəbərləri Materials 12 May 2025 14:07 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın baş prokuroru Anna Vardapetyan ölkənin ikinci prezidenti Robert Koçaryanın ailəsinə məxsus, müsadirə olunması nəzərdə tutulan əmlakın siyahısını ictimailəşdirib.

Trend bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

“Bu iş üzrə cavabdehlər Robert və Bella Koçaryan, Sedrak Koçaryan və Zarui Badalyan, Levon və Siranuş Koçaryan, Qayane Koçaryan və Viqen Çatinyandır”, - deyə Vardapetyan parlamentdə etdiyi çıxışda diqqətə çatdırıb.

O bildirib ki, prokurorluq Ermənistan Respublikasının xeyrinə Koçaryan və ona bağlı şəxslərin qanunsuz yolla sahib olduğu 22 daşınmaz əmlak obyektinin müsadirə olunmasını, o cümlədən, 2 obyektin alqı-satqı hüququnun alınmasını, bundan savayı, 3 milyon ABŞ dollarından çox vəsaitin, 8,3 milyard dram, 260 milyon rubl və təxminən 590 min avronun, 985 milyon dram məbləğində istiqrazların, 1,4 milyon dollardan artıq bank əmanətlərinin, 15 hüquqi şəxsə (o cümlədən, “Nairi Insurance”, “Toyota Yerevan”, “Target Group” və digər şirkətlərə) şərikli iştirak payının, 4 milyon dollar dəyərində borc tələbi hüquqlarının, 2 nəqliyyat vasitəsinin və ümumi dəyəri 3,8 milyard dramdan çox olan müxtəlif əmlakın, həmçinin, əlavə olaraq 20 milyard dramdan artıq məbləğdə əldə edilmiş əmlakın müsadirə edilməsini tələb edir.

Vardapetyan bildirib ki, keçmiş prezident və onun ailə üzvlərinə qarşı qeyd olunan iddia ərizəsinə artıq məhkəmə tərəfindən baxılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti