...

Paytaxtda narkokuryerliyə cəlb olunan daha bir şəxs saxlanıldı (FOTO/VİDEO)

Hadisə Materials 12 May 2025 16:35 (UTC +04:00)
Paytaxtda narkokuryerliyə cəlb olunan daha bir şəxs saxlanıldı (FOTO/VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtda narkokuryerliyə cəlb olunan daha bir şəxs saxlanılıb.

Trend xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən əməliyyat nəticəsində əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 48 yaşlı Rəşad Məcidov saxlanılıb.

Ondan 1 kiloqrama yaxın marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

R.Məcidov ifadəsində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və maddi gəlir qarşılığında narkotiklərin satışını planlaşdırdığını bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti