...

I sinfə qəbul prosesində prioritet tətbiq olunan məktəblərlə bağlı AÇIQLAMA

Cəmiyyət Materials 12 May 2025 14:16 (UTC +04:00)
I sinfə qəbul prosesində prioritet tətbiq olunan məktəblərlə bağlı AÇIQLAMA
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində müəyyən zaman müddətində prioritet (üstünlük hüququ) tətbiq olunan məktəblərə (https://baku.edu.gov.az/az/page/9/7656) yerləşdirilən 2 335 sorğu emal edilib.

Trend xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, həmin sorğulardan 1 706-sı müvafiq üstünlük hüququna (valideyn və ya uşağın məktəbin müəyyənləşdirilmiş ərazisinə qeydiyyatı olması, bacı-qardaşın həmin məktəbdə hazırda təhsil alması, valideynlərindən birinin həmin məktəbdə çalışması) əsasən təsdiq edilib. Hazırda valideynlər tərəfindən yerləşdirilmiş 629 sorğu isə emal mərhələsindədir.

Qeyd edilib ki, sıxlıq müşahidə olunan məktəblərə müvafiq üstünlük hüququna əsasən sorğu yerləşdirilir. Sorğular 5 iş günü müddətində emal edilərək cavablandırılır. Valideyn tərəfindən qeyd edilmiş müvafiq üstünlük hüququ uyğun gələn uşaqların sorğuları təsdiqlənir, müvafiq səbəblərə görə sorğulara imtina verildikdə isə sistemdə vakant şagird yerləri yaranır. Bunları nəzərə alaraq, üstünlük hüququ olan, lakin müvafiq səbəblərdən sorğu yerləşdirə bilməyən valideynlərə müntəzəm olaraq sistemi izləmək tövsiyə edilir.

Xatırladaq ki, ümumi təhsil məktəblərinin I sinfinə elektron qeydiyyat prosesi 1 may-12 sentyabr 2025-ci il tarixlərini əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti