...

Rusiyada iri neft şirkətinin keçmiş prezidenti axtarışa verilib

Dünya xəbərləri Materials 12 May 2025 11:52 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyada Tver şəhər məhkəməsi “Başneft” şirkətinin keçmiş prezidenti barəsində qiyabi olaraq həbs qərarı çıxarıb. Viktor Xoroşavtsev dələduzluq yolu ilə iri məbləğdə pul mənimsəmədə ittiham olunur.

Trend xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

“Məhkəmənin qətnaməsi əsasında, Xoroşavtsev Viktor Qennadyeviç barəsində qiyabi olaraq həbs qətimkan tədbiri seçilib”, - deyə məhkəmənin mətbuat xidmətinin məlumatında deyilir.

Xoroşavtsev Rusiya Cinayət Məcəlləsinin 159-maddəsinin 4-cü hissəsi (xüsusilə böyük məbləğdə dələduzluq) ilə ittiham olunur. O, artıq axtarışa verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti