Bakı. Trend:
Türkiyənin Amasya vilayətinin Gümüşhacıköy rayonunda 3 dəqiqə intervalla iki güclü zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yerli vaxtlar 12.23-də qeydə alınmış ilk zəlzələnin gücü 4.4 bal olub. Yeraltı ocağı 10 kilometr olan zəlzələnin ardından 4.2 bal gücündə növbəti yeraltı təkan qeydə alınıb. Sonuncunun yeraltı ocağı isə 19 kilometr dərinlikdə olub.
Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur.