...

Bu ölkə Rusiyaya şərt qoydu

Dünya xəbərləri Materials 12 May 2025 19:40 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 12-si günün sonuna qədər Ukraynada atəşkəs əldə olunmasa, Almaniya hökuməti avropalı tərəfdaşları ilə əlaqələndirilmiş şəkildə Rusiyaya qarşı əlavə sanksiyaların hazırlığına başlayacaq.

Trend xarici KİV-lərə xəbər verir ki, bunu Almaniya nazirlər kabinetinin rəsmi nümayəndəsi Ştefan Kornelius bildirib.

“Vaxt gedir, bu vaxt ərzində atəşkəs əldə olunmasa, Avropa tərəfi sanksiyaların hazırlığına başlayacaq”, - deyə Kornelius bildirib.

Onun sözlərinə görə, “dedlayn” başa çatandan sonra siyasi müşavirlər səviyyəsində sanskiya ölçülərinə hazırlıq işlərinə başlanılacaq.

“Biz paralel olaraq Brüsseldə 17-ci sanksiyalar paketini hazırlayırıq”, – deyə Kornelius vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti