...

Milli Məclisin deputatları Türkiyədə təhsil və məşğulluq səviyyəsinin yüksəldilməsi üzrə müzakirələrdə iştirak edəcəklər

Siyasət Materials 12 May 2025 10:10 (UTC +04:00)
Milli Məclisin deputatları Türkiyədə təhsil və məşğulluq səviyyəsinin yüksəldilməsi üzrə müzakirələrdə iştirak edəcəklər
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və deputat Səbinə Salmanova Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Sosial və humanitar siyasət komitəsinin iclasında iştirak etmək üçün mayın 13-də Türkiyənin Sinop şəhərinə səfər edəcəklər.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Musa Quliyevin sədri olduğu qurumun Sosial və humanitar siyasət komitəsində “QDİƏT regionunda məhdud imkanlı şəxslərin təhsil və məşğulluq səviyyəsinin yüksəldilməsi üzrə mövcud təcrübə və strategiya” mövzusunda məruzə və tövsiyə layihələri müzakirə olunacaq, təşkilatı məsələyə baxılacaq, müvafiq qərarlar qəbul ediləcək.

Qeyd edilib ki, səfər mayın 16-da başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti