...

Azərbaycandan Pakistan və Hindistana uçuşlar bərpa edilir

Cəmiyyət Materials 12 May 2025 14:11 (UTC +04:00)
Azərbaycandan Pakistan və Hindistana uçuşlar bərpa edilir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycandan Pakistan və Hindistana uçuşlar bərpa edilir.

Trend xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" məlumat yayıb.

"Pakistan və Hindistan hava məkanlarında tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldığı üçün "Azərbaycan Hava Yolları"nın (AZAL) sözügedən ölkələrə reysləri mərhələli şəkildə bərpa edilir.

Qeyd edək ki, AZAL-ın Pakistanın Lahor şəhərinə bu günə planlaşdırılan reysi cədvələ uyğun həyata keçiriləcək.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər", məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti