Bakı. Trend:
Azərbaycanda mikromaliyyə sahəsində
fəaliyyət göstərən aparıcı qurumlardan biri olan FINCA Azerbaijan,
3 000 000 AZN həcmində, illik 15% gəlirliliklə istiqraz
emissiyasını uğurla həyata keçirdiyini elan edir. Bu istiqrazlar 18
aylıq tədavül müddətinə malik olub, rüblük faiz ödənişləri ilə
sabit gəlir imkanı yaradır.
Yeni buraxılan istiqrazlar qısa
müddətdə etibarlı və yüksək gəlirli investisiya alternativi
axtaranlar üçün nəzərdə tutulub. İstiqrazların 100 AZN nominal
dəyəri, onları həm iri, həm də fərdi investorlar üçün əlçatan edir.
İstiqrazların əsas şərtləri:
- Nominal dəyər: 100 AZN
- İllik faiz dərəcəsi: 15%
- Tədavül müddəti: 18 ay
- Buraxılış həcmi: 3 000 000 AZN
- Faiz ödənişləri: Rüblük
“FINCA Azerbaijan”
haqqında
Əsası 1999-cu ildə qoyulmuş “FINCA
Azerbaijan” məsuliyyətli maliyyələşmə sahəsində aparıcı mövqeyə
malikdir və gəlirli biznes fəaliyyətlərini təşviq edən kredit
məhsulları ilə ölkədə fəaliyyət göstərən kiçik sahibkarlara ölkə
üzrə 26 filial vasitəsilə xidmət göstərir. “FINCA Azerbaijan”,
“FINCA Impact Finance” təşkilatına aid olan, 15 bank və
mikromaliyyələşmə institutu ilə 5 qitədə 3.4 milyon müştəriyə çatan
qlobal şəbəkənin tərkibinə daxildir. “FINCA Azerbaijan” fəaliyyəti
haqqında ətraflı məlumat üçün finca.az saytına və ya rəsmi sosial
media hesablarına müraciət edə bilərsiniz.