...

Tramp dərman qiymətlərini ucuzlaşdıracaq

Dünya xəbərləri Materials 12 May 2025 14:59 (UTC +04:00)
Tramp dərman qiymətlərini ucuzlaşdıracaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp ölkəsində dərman qiymətlərini əhəmiyyətli dərəcədə - 59 faizə qədər ucuzlaşdırmaq niyyətindədir.

Trend xəbər verir ki, bu haqda o öz “Truth Social” sosial şəbəkə hesabında yazıb.

“Dərman qiymətləri 59% və ondan da çox ucuzlaşacaq. Benzin, enerji, ərzaq və başqa şeylərin də qiymətləri aşağı düşəcək. Heç bir inflyasiya olmayacaq”, -deyə Tramp yazıb.

Bundan əvvəl Amerikalı lider ABŞ-də dərmanların 30-80% ucuzlaşmasını nəzərdə tutan fərman imzalayacağını bəyan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti