...

Türkiyə XİN PKK-nın ləğv olunmasına münasibət bildirib

Dünya xəbərləri Materials 12 May 2025 17:37 (UTC +04:00)
Türkiyə XİN PKK-nın ləğv olunmasına münasibət bildirib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kürdüstan Fəhlə Partiyasının (PKK) özünü buraxması ilə bağlı bağlı qərar regionda sülhün və sabitliyin təmin olunması baxımından vacib qərardır.

Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada keçirdiyi mətbuat konfransında bildirib.

“Düşünürəm ki, PKK-nın qəbul etdiyi qərar tarixi və çox vacib bir qərardır, ələlxüsus da bizim regionda möhkəm sülhün və sabitliyin təmin olunması nöqteyi nəzərindən.Qəbul edilmiş qərarın ardınca onun həlli üzrə praktiki addımlar atmaq zəruridir. Biz bunu diqqətlə izləyəcəyik”, - türkiyəli XİN rəhbəri bildirib.

Xatırladaq ki, Türkiyədə terror təşkilatı kimi tanınan PKK, keçirilən son qurultayında 50-ilə yaxın davam etmiş silahlı mübarizənin dayandırılması və partiyanın ləğv olunması haqda qərar qəbul edib. Partiya bundan sonra demokratik və siyasi yollarla mübarizə aparacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti