Bakı. Trend:
Almaniyanın paytaxtı Berlində qatı sağçı “Almaniya naminə alternativ” (AnA) partiyasının ləğv edilməsinə qarşı mitinq keçirilib.
Trend xəbər verir ki, bu haqda Almaniya KİV-də məlumat yayıılıb.
Hesablamalara görə, təkcə Berlindəki kütləvi etiraz aksiyasında 7 min nəfərdən çox insan iştirak edib. Ümumilikdə isə ölkə ərazisində 60-dan çox analoji nümayiş keçirilib.
Xatırladaq ki, mayın 2-də Almaniyanın konstitusiyanın qorunması üzrə federal qurumu "Almaniya naminə Alternativ" partiyasını ekstremist təşkilat olaraq tanıyıb. Partiyanı “İnsan ləyaqətinə sayğısızıqlı” və “cəmiyyət həyatında bərabərhüquqlu iştirakdan müəyyən əhali qruplarının kənarlaşdırılmasına yönəlmiş siyasət aparmaqda” ittiham ediblər.