Bakı. Trend:
2024-cü il üçün “Qarabağ” Futbol Klubunun ümumi büdcəsi 34 milyon 753.8 min manat təşkil edib.
Trend xəbər verir ki, bu barədə məlumat klubun 2024-cü il üçün hesabatında öz əksini tapıb.
Hesabata əsasən, “Qarabağ” 2024-cü ili 876,9 min manat zərərlə başa vurub.
Nümayiş hüququndan daxilolmalar 28 milyon 154.8 min manat, sponsor daxilolmaları - reklam gəlirləri 466.1 min manat, bilet satışından gəlirlər 1 milyon 741.9 min manat, sair gəlirlər 831 min manat, Futbol İnkişafı Fondundan daxilolmalar isə 3 milyon 560 min manat təşkil edib.
Ötən il əmək haqqı və mükafat xərcləri 20 milyon 648,3 min manat, ssas vəsaitlərin amortizasiyası 421.6 min manat, qeyri-maddi aktivlərin köhnəlməsi 2 milyon 561.2 min manat, agentlərə (vasitəçilər) ödənilmiş məbləğlər 114.8 min manat, sair xərclər isə 11 milyon 830.6 min manat olub.