Bakı. Trend:
2025-ci ilin aprel ayında ailə başçısını itirməyə görə 194 300-dən çox şəxsə pensiya və müavinət ödənilib.
Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, onlardan 136 900 nəfərdən çoxu pensiya, 57 400 nəfərdən çoxu isə müavinət alıb.