...

Nigeriyada silahlı toqquşmalarda 23 nəfər ölüb

Dünya xəbərləri Materials 12 May 2025 10:57 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nigeriyanın Benua ştatında köçəri maldarlarla fermerlər arasında baş verən silahlı toqquşmalarda 23 nəfər həlak olub.

Trend AFP-yə istinadən xəbər verir ki, bu barədə Qırmızı Xaç Komitəsinin yerli nümayəndəliyi məlumat yayıb.

Toqquşmalar dörd ayrı kənddə gecə saatlarında baş verib.

İnsidentin dəqiq təfərrüatı məlum olmasa da, köçəri maldarlarla yerli əkinçilər və maldarlar arasında yaranan mübahisələr tez-tez gərginliklərə yol açır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti