...

Pakistan Hindistanla danışıqlarda Kəşmir məsələsini qaldıracaq

Dünya xəbərləri Materials 12 May 2025 17:34 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Pakistan Hindistanla mümkün danışıqlar baş tutacağı təqdirdə üç əsas məsələni – Kəşmir problemini, sərhəd-aşırı terrorizm məsələsini və Hind çayının sularından birgə istifadəni müzakirə etməyə hazırdır.

Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Havaca Asif bildirib.

“Hindistanla münasibətlərimizdə üç əsas problem var: Kəşmir, terrorizm və su. Bu məsələlər artıq 76 ildir mövcuddur. Pakistan terrorizmin ən böyük qurbanıdır və bu məsələ, eləcə də Pakistanla Hindistan arasında üç dəfə müharibəyə səbəb olmuş Kəşmir problemi həll olunmalıdır”, – deyə nazir bildirib.

Asifin sözlərinə görə, Hind çayının sularından istifadə ilə bağlı mübahisə 1960-cı ildə müvafiq müqavilənin imzalanması ilə həll olunub və həmin sənədin icrası Dehlinin birtərəfli qərarı ilə dayandırıla bilməz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti