Bakı. Trend:
ABŞ və Çin qarşılıqlı olaraq tariflərin 10%-ə qədər azaldılması barədə razılığa gəliblər.
Trend xəbər verir ki, bu barədə ABŞ və Çin arasında iqtisadiyyat və ticarət məsələlərinə dair Cenevrədə keçirilmiş iki günlük danışıqlardan sonra yayımlanan birgə bəyanatda qeyd olunur.
Bəyanatda bildirilir ki, ABŞ aprel ayında tətbiq etdiyi əlavə rüsumları “ilkin olaraq 90 günlük müddət üçün” 24 faiz bəndi qədər azaldacaq, “bununla belə, advalor gömrük rüsumunun qalan hissəsini 10% səviyyəsində saxlayacaq”.
Kommunikedə göstərilir ki, Çin də öz növbəsində analoji tədbirlər həyata keçirəcək.
xxx
11:35
ABŞ ilə Çin arasında ticarətlə bağlı danışıqlar fonunda, rəsmi Pekin Amerika mallarına tətbiq olunan idxal rüsumlarını müvəqqəti olaraq azaldacağını elan edib.
Trend xəbər verir ki, bu barədə Çin KİV məlumat yayıb.
Cenevrədə ölkələrin nümayəndə heyətləri arasında keçirilən danışıqların yekunu olaraq verilən birgə bəyanatda, Çinin ABŞ mallarına tətbiq olunan gömrük rüsumunu 90 gün müddətinə 24 faiz bəndinə qədər endirməyə razılaşdığı deyilir.