...

ABŞ Avropadakı hərbi kontingentini ixtisar etmək niyyətində deyil - NATO admiralı

Dünya xəbərləri Materials 12 May 2025 13:00 (UTC +04:00)
ABŞ Avropadakı hərbi kontingentini ixtisar etmək niyyətində deyil - NATO admiralı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerika Birləşmiş Ştatları Asiyaya dislokasiya etmək məqsədilə Avropadakı hərbi kontingentini ixtisar etmək niyyətində deyil.

Trend “Defense News” nəşrinə istinadən xəbər verir ki, bunu NATO-nun hərbi komitəsinin admiralı Cuzeppe Kavo Draqone bildirib.

“Hazırda ABŞ-nin alyansın müdafiə planlarında iştirak edən qoşunlarını geri çəkərək, Hind-Sakit okean regionuna köçürəcəyinə dair heç bir əlamət yoxdur”, – deyə admiral ABŞ-yə səfəri zamanı bildirib.

Draqone qeyd edib ki, hələlik Pentaqonun bu planları həyata keçirməsi ilə bağlı heç nə eşitməyib, lakin əlavə edib ki, belə bir ssenarinin olacağı təqdirdə Avropa ölkələri, ABŞ qüvvələrinin, o cümlədən, hava hücumundan müdafiə, radioelektron mübarizə, strateji hava daşımaları və pilotsuz uçuş aparatlarının çıxarılmasından sonra yaranacaq boşluğu doldurmağa qadirdir.

Admiral vurğulayıb ki, alyans ABŞ-nin diqqətini qitədən yayındıracağına hazır olmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti