...

ADY-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan qanvermə aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 12 May 2025 17:35 (UTC +04:00)
ADY-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan qanvermə aksiyası keçirilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) növbəti dəfə xeyriyyə məqsədli qanvermə aksiyası təşkil edib.

Bu barədə Trend-ə ADY-dən məlumat verilib.

Bildirilib ki, ənənəvi olaraq Mərkəzi Qan Bankı və Talassemiya İnstitutu ilə birgə keçirilmiş aksiyada ADY-nin müxtəlif struktur bölmələrinin əməkdaşları könüllü şəkildə iştirak ediblər.

Qanvermə prosesindən əvvəl iştirakçılar təhlükəsizlik və aksiyanın effektivliyi baxımından müvafiq tibbi müayinələrdən keçib və yalnız sağlamlıqları imkan verən şəxslər donor kimi qanverməyə cəlb ediliblər.

"Aksiyanın əsas məqsədi hemofiliya və talassemiyadan əziyyət çəkən insanlara, xüsusilə də bu xəstəliklə mübarizə aparan uşaqlara dəstək olmaq, onların həyat keyfiyyətini yaxşılaşdırmaq üçün qan ehtiyatlarının artırılmasına töhfə verməkdir.

ADY olaraq cəmiyyətə faydalı sosial təşəbbüslərdə iştirak etməyə davam edəcək, sağlamlıq və həyat naminə göstərilən bu kimi humanitar fəaliyyətləri dəstəkləyəcəyik", - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti