...

Aprel ayında Türkiyə limanları 5 minə yaxın gəmi qəbul edib

Dünya xəbərləri Materials 12 May 2025 18:38 (UTC +04:00)
Aprel ayında Türkiyə limanları 5 minə yaxın gəmi qəbul edib

Bakı. Trend:

Bu ilin aprel ayında Türkiyə limanları 4 min 763 gəmi qəbul edib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı min 614, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 149 olub.

2025-ci ilin yanvar - aprel ayında Türkiyə limanları 18 min 37 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 5 min 818, Türkiyə bayrağı altında olan gəmilər isə 12 min 279 olub”, - deyə nazirlikdən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti