Bakı. Trend:
ABŞ müdafiə nazirliyi bu il hərbi-nəqliyyat təyyarələrində miqrantların Quantanamodakı müvəqqəti təcridxana daşınmasına azı 21 milyon dollar vəsait xərcləyib. Orada hal-hazırda cəmi 32 nəfər saxlanılır.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən, 20 yanvar -8 aprel tarixlərində Amerikalı hərbçilər ümumilikdə 802,5 saat davam etmiş 46 bahalı hava reysi həyata keçirib. Hərbi təyyarələrin uçuş saatının orta dəyəri 26,277 dollar təşkil edib.
ABŞ Senatının silahlı qüvvələr üzrə komitəsinin üzvü Elizabet Uorren bu missiya üçün ABŞ-nin hərbi aktivlərindən və şəxsi heyətindən istifadəni pisləyib.