Bakı. Trend:
London polisi mayın 12-də Böyük Britaniyanın Baş naziri Kir Starmerin şəxsi evində baş verən yanğınla bağlı araşdırmalara başlayıb.
Trend-in "The Times" nəşrinə istinadla verdiyi məlumata görə, gecə saatlarında baş verən hadisə zamanı dəyəri iki milyon funt-sterlinq olan evin qapısına ciddi ziyan dəyib. Xoşbəxtlikdən, hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğının hansı səbəbdən baş verdiyi hələlik açıqlanmayıb. Qeyd olunur ki, Britaniya baş nazirinin şəxsi evi bundan əvvəl də bir neçə dəfə narazı şəxslərin hədəfinə çevrilmişdi.
Kir Starmer baş nazir olduqdan sonra həyat yoldaşı ilə birlikdə rəsmi iqamətgah olan Dauninq-stritdə yaşayır.