...

ABŞ və Somali ordusu Puntlenddə İŞİD obyektlərinə zərbələr endirib

Dünya xəbərləri Materials 13 May 2025 01:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığı (AFRİKOM) və Somali hökumət ordusu federativ respublikanın şərqində yerləşən Puntlend bölgəsində İŞİD terror təşkilatına məxsus obyektlərə zərbələr endirib.

Trend xəbər verir ki, bu barədə “Goobjoog” məlumat yayıb.

Bildirilir ki, əməliyyatlar Bari bölgəsində, Bosaso şəhərindən 70 kilometr məsafədə həyata keçirilib. Əvvəlcə hərbçilər pilotsuz uçuş aparatlarından istifadə ediblər, daha sonra isə xüsusi təyinatlı dəstələrin reydləri başlayıb.

"AFRİKOM ilə birgə həyata keçirilən əməliyyatlar Somalinin və onun beynəlxalq tərəfdaşlarının terror təhlükəsini aradan qaldırmaq və bölgədə sabitliyi bərpa etmək əzmini nümayiş etdirir", – məlumatda qeyd olunub.

Qeyd edək ki, fevralın 2-də ABŞ Prezidenti Donald Tramp Somalidə İŞİD liderlərindən birinə qarşı dəqiq zərbə endirilməsi üçün əmri şəxsən verdiyini açıqlamışdı. Daha əvvəl də ABŞ Hərbi Hava Qüvvələrinin Somalidə keçirdiyi əməliyyat nəticəsində onlarla İŞİD üzvü zərərsizləşdirilmişdi.

Xəbər lenti

Xəbər lenti