...

Karlo Ançelotti Braziliya yığmasını çalışdıracaq

İdman Materials 12 May 2025 21:16 (UTC +04:00)
Karlo Ançelotti Braziliya yığmasını çalışdıracaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Real Madrid"dən ayrılacağı gözlənilən Karlo Ançelottinin karyerasındakı növbəti ünvan artıq dəqiqləşib.

Trend xəbər verir ki, tanınmış italyan mütəxəssis Braziliya milli futbol komandasının baş məşqçisi postuna təyin olunacaq. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Məlumata görə, Ançelotti ilə Braziliya Futbol Federasiyası arasında razılıq əldə olunub və onun vəzifəsinin icrasına mayın 26-da başlayacağı gözlənilir.

Qeyd edək ki, Karlo Ançelotti cari mövsümün sonunda "Real Madrid" klubunu tərk edəcəyini daha öncə açıqlayıb.

Xəbər lenti

Xəbər lenti