...

Avropa İttifaqı bəzən ABŞ-yə Çindən daha pis davranır - Tramp

Dünya xəbərləri Materials 13 May 2025 01:51 (UTC +04:00)
Avropa İttifaqı bəzən ABŞ-yə Çindən daha pis davranır - Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) ABŞ-yə qarşı ticarət sahəsində bəzən Çindən belə daha ədalətsiz mövqe sərgiləyir.

Trend xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp ölkəsinin Aİ ilə ticarət əlaqələrinə dair münasibət bildirərkən səsləndirib.

Tramp vurğulayıb ki, ABŞ Aİ ilə danışıqlarda üstün mövqeyə sahibdir və Avropa tərəfinin ticarətdə əhəmiyyətli güzəştlərə getməyə məcbur qalacağını gözləyir: “Biz onlarla yeni başlayırıq. Onlar ABŞ-dən idxala maneələri əhəmiyyətli dərəcədə azaldacaqlar. Görəcəksiniz. Biz bütün kartları əlimizdə saxlayırıq. Onlar bizimlə çox ədalətsiz davrandılar”.

O, Vaşinqtonun bu istiqamətdə ciddi addımlar atacağını da qeyd edib.

Xəbər lenti

Xəbər lenti