...

Kipr sularında saxlanılan 64 suriyalı miqrant geri göndərildi

Dünya xəbərləri Materials 13 May 2025 04:29 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kipr sahil mühafizəsi Suriyadan qanunsuz şəkildə adaya üzmək istəyən 64 qeyri-qanuni miqrantın olduğu iki qayıq saxlayıb.

Trend-in “Phileleftheros” qəzetinə istinadən verdiyi məlumata görə, 34 nəfərin olduğu ilk qayıq cümə günü, 28 nəfərin olduğu ikinci qayıq isə şənbə günü Kipr Dəniz Polisi tərəfindən aşkarlanıb.

Rəsmi Lefkoşa və Dəməşq arasında aparılan məsləhətləşmələrdən sonra, hər iki qayıq Kipr limanlarına daxil olmadan geri göndərilib.

Kipr Respublikasının rəsmiləri bildiriblər ki, bu prosesdə qanunlara riayət edilib və suriyalıların təhlükəsizliyi təmin olunub. Qəzet əlavə edib ki, qaçaqmalçılar hazırda belə qeyri-qanuni keçidlər üçün miqrantlardan adambaşına 4000-7000 dollar tələb edirlər.

Xəbər lenti

Xəbər lenti