Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna və ABŞ hökumətləri arasında nadir torpaq metalları üzrə əməkdaşlığa dair sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.
Trend xəbər verir ki, bu barədə məlumat Ukrayna Ali Radasının rəsmi saytında dərc olunub.
Sözügedən saziş Ukrayna parlamentinin mayın 8-də keçirilən iclasında təsdiqlənib. Qanunun lehinə 338 deputat səs verib.
Qeyd edək ki, aprelin 30-dan mayın 1-nə keçən gecə Ukrayna və ABŞ arasında hər iki tərəfin bərabər iştirakını nəzərdə tutan Bərpa İnvestisiya Fondunun yaradılması haqqında saziş imzalanıb.
Sənədə Ukraynanın baş nazirin birinci müavini – iqtisadiyyat naziri Yuliya Sviridenko və ABŞ-nin maliyyə naziri Skot Bessent imza atıblar.