Bakı. Trend:
2025-ci ilin may ayının birinci yarısında Vaşinqton və Pekin arasında qarşılıqlı rüsumların azaldılması ilə bağlı əldə edilən razılaşmalar ABŞ-nin mövcud tarif siyasətinə dəyişiklik gətirməyəcək.
Trend xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.
Dövlət başçısı qeyd edib ki, razılaşmalar Çin istehsalı olan yeni avtomobillər, polad və alüminium kimi məhsullara tətbiq edilən tariflərə şamil olunmur. Həmin mallar üzrə tariflər əvvəlki kimi gömrük dəyərinin 25 faizi səviyyəsində qüvvədə qalacaq.
Eyni zamanda, Tramp bəzi Çin əczaçılıq məhsullarının bu tariflərdən istisna edilə biləcəyini də istisna etməyib.
“Çin ilə razılaşmalara artıq tətbiq edilən tariflər daxil deyil,” – deyə Donald Tramp bildirib.