Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Hakan Fidanla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, danışıq zamanı tərəflər Rusiya ilə Ukrayna arasında atəşkəsin təmin olunması istiqamətindəki səyləri müzakirə ediblər.
Qeyd edək ki, Hakan Fidan bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio ilə də telefon danışığı aparıb.