Bakı. Trend:
Azərbaycan milli komandasının üzvü Zamiq Əliyev Albaniyada növbəti uğura imza atıb.
Trend-in məlumatına görə, onun çıxış etdiyi “Eqnatiya” komandası ölkə çempionatının həlledici görüşündə “Vlajniya” üzərində inamlı qələbə qazanaraq (4:0) ardıcıl ikinci dəfə Albaniya çempionu olub.
Zamiq Əliyev final qarşılaşmasına start heyətində başlayıb və bütün 90 dəqiqə ərzində meydanda mübarizə aparıb.
Qeyd edək ki, bu, “Eqnatiya”nın tarixində ikinci çempionluğudur. Komanda ilk dəfə ötən mövsümdə bu titulu qazanmışdı.