Bakı. Trend:
UEFA Çempionlar Liqasının final qarşılaşmasını rumıniyalı hakimlər briqadası idarə edəcək.
Trend xəbər verir ki, Fransanın PSJ və İtaliyanın “İnter” komandaları arasında keçiriləcək həlledici oyunun baş hakimi İştvan Kovaç olacaq. Ona yan xətt hakimləri kimi həmvətənləri Mixay Marika və Ferens Tunyoqi kömək edəcəklər.
Dördüncü hakim funksiyasını portuqaliyalı Juan Pineyru yerinə yetirəcək. VAR sisteminə isə hollandiyalı Dennis Hiqler rəhbərlik edəcək, ona köməkçi kimi rumıniyalı Katalin Popa təyin olunub.
Final qarşılaşması mayın 31-də Almaniyanın Münhen şəhərində baş tutacaq.