...

İnsan alveri ilə əlaqədar törədilən cinayətlərin sayı AÇIQLANDI (FOTO)

Cəmiyyət Materials 13 May 2025 10:00 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Hesabat ilində insan alveri və məcburi əmək qurbanlarının müəyyənləşdirilməsi, istismar hallarına yol verən şəxslər haqqında müvafiq məsuliyyət tədbirlərinin görülməsi məqsədilə xüsusi polis qurumu tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 161 (+2) insan alveri və 1 (-2) məcburi əmək faktı, həmçinin insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 44 (sabit) cinayət aşkarlanıb.

Trend xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.

Məlumata əsasən, həmin faktlar üzrə 15 (-1) cinayət işi başlanılaraq 16 şəxs (-2; 13 qadın, 3 kişi) təqsirləndirilən qismində cəlb edilib.

Ümumilikdə 13 (+2) cinayət işinin (6-sı ötən illərin) istintaqı tamamlanıb, 14 nəfər (sabit; 11-i qadın, 3-ü kişi) məhkəmə məsuliyyətinə verilib, insan alverçilərinin 11-i (+1) haqqında ittihamedici hökmlər çıxarılıb.

Hesabat ilində insan alveri (15), seksual xarakterli hərəkətlərə cəlb etmə, əxlaqsız yuvaları saxlama, yetkinlik yaşına çatmayanları ictimai mənəviyyata zidd əməllərə cəlb etmə, pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma cinayətlərinə görə 30 (+9) təqsirləndirilən şəxs yerli axtarışda olub, onlardan 16 (+7) nəfəri, o cümlədən 3 (-2) insan alverçisi saxlanılaraq cinayət təqibi orqanına təqdim olunub.

Hazırda insan alveri cinayəti törətməkdə təqsirləndirilən 11 (-1) nəfərin İnterpol kanalları ilə beynəlxalq axtarışı davam etdirilir.

Həmin şəxslərin gizləndikləri ölkələr və barələrində digər zəruri məlumatlar əldə edilərək ikitərəfli və çoxtərəfli qarşılıqlı hüquqi yardım haqqında müqavilələrin tələblərinə uyğun ekstradisiyası üçün aidiyyəti üzrə müraciətlər ünvanlanıb.

Bununla yanaşı, informasiya texnologiyalarının (“WhatsApp”, “TikTok”, “Instagram”, “Telegram” sosial şəbəkələrində) tətbiqi ilə törədilən 44 (-14) müvafiq fakt da aşkarlanaraq Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə 4 (+1), 243.1-ci (fahişəliyə cəlb etmə) maddəsi ilə 6 (+4), 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə 1 (+1) cinayət işi başlanılıb.

Qeyd edək ki, bu hesabat “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun 7.5-ci maddəsinin icrasının təmin edilməsi məqsədilə Baş Prokurorluq, Ombudsman Aparatı, Vəkillər Kollegiyası, beynəlxalq təsisatlar, 20 qeyri-hökumət təşkilatı, 32 mərkəzi və 69 yerli icra hakimiyyəti orqanı, eləcə də Daxili İşlər Nazirliyinin aparatının struktur qurumlarının və ərazi polis orqanlarının məlumatları, o cümlədən xüsusi polis qurumunun apardığı monitorinq və təhlillər əsasında hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti