Bakı. Trend:
Bakıda iki avtomobil toqquşub, sürücü hadisə yerində ölüb.
Trend-in məlumatına görə, hadisə ötən gün baş verib.
Belə ki, 2003-cü il təvəllüdlü, Bakı şəhər sakini Əliyev Əli Sahib oğlu özünə məxsus “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan, 1978-ci il təvəllüdlü Biləsuvar rayon sakini Əliyev Eldəniz Abuzər oğlunun idarə etdiyi “Ford Transit” markalı avtomobillə arxadan toqquşub, nəticədə Ə.Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.