Bakı. Trend:
“İnsan Alverinə Qarşı Fəaliyyət üzrə Ekspertlər Qrupu” GRETA-nın hesabatında ölkəmizlə bağlı irəliləyişlər, müsbət təcrübələr vurğulanır. Azərbaycan üzrə onlarla dövlət və qeyri-hökümət təşkilatlarının insan alveri üzrə datanın toplanması, təhlili, qarşısının alınması üçün səmərəli və innovativ proqramların, gələcək siyasət tədbirlərinin planlaşdırılması xüsusi qeyd edilir.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, GRETA-nın 13-cü Ümumi Hesabatında Azərbaycanın 2018-ci ildən sonra insan alverinə qarşı mübarizədə göstərdiyi səylərin hərtərəfli qiymətləndirilməsinə əsasən, tərəqqi və inkişaf kimi təkmilləşdirilmiş hüquqi və İnstitusional Çərçivənin yaardılmasını, qurbanlara dəstək xidmətlərini, məhkumların artmasını müsbət hall kimi dəyərləndirib.
“Beynəlxalq Qiymətləndirmər sahəsində əsas indekslərdən olan ABŞ Dövlət Departamenti İnsan Alveri Hesabatında Azərbaycanın reytinqini “2-ci dərəcəli müşahidə siyahısı”na qalmaqada davam edir və qərarın siyasi amillərlə bağlı olduğuna şübhə yoxdur.
Biz indikatorlara müvafiq dövlət-hökumət orqanlarının tədbirlərinin obyektiv qiymətləndirilmədiyini və ölkəmizin məqsədli olaraq, layiq olmadığı yerdə göstərildiyini bəyan edirik”, - deyə Z.Oruc qeyd edib.