...

Yeni Günəşli qəsəbəsində özbaşına quraşdırılan obyekt sökülüb (FOTO)

Cəmiyyət Materials 13 May 2025 13:55 (UTC +04:00)
Yeni Günəşli qəsəbəsində özbaşına quraşdırılan obyekt sökülüb (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, 5-ci massiv, 21 nömrəli yaşayış binasının yaxınlığında özbaşına obyektin quraşdırılması ilə bağlı kütləvi informasiya vasitələrində yayılmış məlumatlara aydınlıq gətirilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Trend-ə bildirilib ki, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib.

Monitorinq nəticəsində müəyyən edilib ki, qeyd olunan ünvanda obyektin yerləşdirilməsi heç bir icazəverici sənəd olmadan həyata keçirilib.

"Aşkarlanmış qanun pozuntusu ilə əlaqədar olaraq Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və aidiyyəti qurumlar tərəfindən həmin ərazidə quraşdırılmış köşkün sökülməsi və ərazidən çıxarılması təmin edilib. Çevik reaksiya və fəal vətəndaş mövqeyi nümayiş etdirdiklərinə görə sakinlərə təşəkkürümüzü bildiririk", - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti