Bakı. Trend:
Qarşıdakı onillikdə Azərbaycanın aviasiya bazarının 40 faiz artacağı gözlənilir.
Trend xəbər verir ki, bunu Beynəlxalq Hava Nəqliyyatı Assosasiyasının (IATA) baş iqtisadçısı Maya Marçiniak Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Bakıda keçirilən Aviasiya Enerji Forumunda çıxışı zamanı deyib.
“Bir daha vurğulamaq istərdim ki, Azərbaycanın aviasiya bazarı son dərəcə sürətlə inkişaf edir. Bu bazar təkcə qlobal göstəriciləri deyil, son on ildə Şərqi Avropa ölkələrinin artım tempini də üstələyib.
Gələcəyə baxdıqda, qarşıdakı on il ərzində əlavə 40 faiz artım proqnozlaşdırırıq. Söhbət Azərbaycandan uçan sərnişinlərdən gedir. Bu artımda həm ölkəyə daxil olan axın, həm də ölkədən çıxan səyahətçilər baxımından yüksək dinamika müşahidə etməkdəyik”, – deyə Marçiniak bildirib.
O bildirib ki, bu artımın əhəmiyyətli hissəsi aviaşirkətlər üçün gəlirlərə çevriləcək.
“Söhbət, əlbəttə, yükdaşıma, sərnişindaşıma və turizm xidmətlərindən əldə olunan gəlirlərdən gedir”, – deyə o əlavə edib.