Bakı. Trend:
Braziliya millisinin hücumçusu Rafinya tezliklə "Barselona" ilə müqaviləsini uzadacaq.
Trend xəbər verir ki, bu barədə Mundo Deportivo məlumat yayıb.
Yeni müqavilə 2029-cu ilin yayına qədər qüvvədə olacaq. Hazırda tərəflər müqavilənin təfərrüatlarını, o cümlədən təzminatın məbləğini müzakirə edirlər. Mənbənin sözlərinə görə, bu məsələlər dialoqa mənfi təsir göstərməyəcək.
Rafinyanın "Barselona" ilə hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir. Müqavilə uzadıldıqdan sonra braziliyalı hücumçu Kataloniya komandasının ən çox maaş alan futbolçularından birinə çevriləcək. O, 2022-ci ildən "Barselona"nın şərəfini qoruyur.