Bakı. Trend:
Cari ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Şirkəti SOCAR üzrə qaz hasilatının həcmi 2,7 milyard kubmetr olub.
Trend bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 100 milyon kubmetr və ya 3,8% çoxdur.
Belə ki, ötən ilin yanvar-aprel aylarında SOCAR üzrə qaz hasilatının həcmi 2,6 milyard kubmetr təşkil etmişdi.
Qeyd edək ki, hesabat dövründə ölkədə 16,7 milyard kubmetr təbii qaz hasil edilib. Hasil edilən qazın 4,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 9 milyard kubmetri “Şahdəniz”in, 0,5 milyard kubmetri “Abşeron” yatağının, 2,7 milyard kubmetrə yaxını isə SOCAR-ın payına düşüb.
Hesabat dövründə xaricə qaz satışı 8 milyard kubmetr təşkil edib. Bundan 4 milyard kubmetr Avropaya, 3,1 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 1,9 milyard kubmetr), 0,9 milyard kubmetr Gürcüstana satılıb.