...

İranın Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi təyin olunub

Dünya xəbərləri Materials 13 May 2025 17:46 (UTC +04:00)
İranın Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi təyin olunub
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın xarici işlər naziri Seyid Abbas Araqçi Kazım Qəribabadini İranın Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi təyin edib.

Bu barədə Trend İran Xarici İşlər Nazirliyinə istinadən məlumat verib.

Məlumata görə, Xarici İşlər Nazirliyində Xəzər dənizi məsələləri üzrə katiblik Hüquq və Beynəlxalq Məsələləri üzrə Departamentinə köçürülüb. Beləliklə İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini bu vəzifəyə təyin edilib.

Xəzəryanı ölkələrlə hüquqi, beynəlxalq, siyasi, təhlükəsizlik, müdafiə sahələrində, habelə terrorizmlə və mütəşəkkil cinayətkarlıqla mübarizə sahələrində, ətraf mühitin qorunması, ticarət və iqtisadi əlaqələr, elmi araşdırmalar nəqliyyat və tranzit, balıqçılıq, gəmiçilik, turizm sahələrində əməkdaşlıq Qəribabadi tərəfindən həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti