...

İtaliyada güclü zəlzələ olub

Dünya xəbərləri Materials 13 May 2025 15:30 (UTC +04:00)
İtaliyada güclü zəlzələ olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın Neapol şəhərində güclü zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə İtaliyanın Milli Geofizika və Vulkanalogiya institutu məlumat yayıb.

Məlumata görə, 4,4 bal gücündə zəlzələnin episentri 974 min nəfər əhalisi olan Neapoldan 12 km qərbdə olub. Yeraltı ocaq isə 3 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntılar və zərərçəkənlər barədə hələ ki, məlumat yoxdur.

Təhlükəsizlik tədbiri olaraq həmin bölgədə qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti