...

Belçikada bu səbəəbdən aeroport bağlanıb

Dünya xəbərləri Materials 13 May 2025 16:16 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Belçikanın Şarlerua şəhər aeroportunda bomba həyəcanı yaşanıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, yerli hüquq mühafizə orqanlarına aeroporta enən sərnişin təyyarələrindən birində partlayıcı qurğunun olması ilə bağlı məlumat daxil olub.

Məlumata görə, axtarışın həyata keçirilməsi məqsədilə hava limanı tam olaraq bağlanıb, təyyarələrin uçuş və enişləri dayandırılıb. Təhlükə mənbəyi hesab olunan hava gəmisinin ətrafında təhlükəsizlik tədbirləri həyata keçirilir, eniş-uçuş zolaqları bağlanıb.

Qeyd olunur ki, söhbət Portu şəhərindən uçan “Ryanair” aviaşirkətinə aid olan sərnişin təyyarəsindən gedir. Təyyarənin göyərtəsində 166 sərnişin olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti