...

Bakıda “Caspian Agro” və “Interfood Azerbaijan” sərgiləri davam edir (FOTOREPORTAJ)

İqtisadiyyat Materials 13 May 2025 15:44 (UTC +04:00)
Bakıda “Caspian Agro” və “Interfood Azerbaijan” sərgiləri davam edir (FOTOREPORTAJ)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda sayca 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") öz işinə başlayıb.

Trend xəbər verir ki, 4 gün davam edəcək sərginin ilk günündən etibarən maraq kifayət qədər çoxdur.

Belə ki, bu gün səhər saatlarından etibarən yerli və xarici sahibkarlar, fermerlər, müxtəlif şirkət nümayəndələri sərgiyə qatılaraq burada nümayiş etdirilən məhsullarla yaxından tanış olmaq imkanı qazanırlar.

Sərgi həmçinin, əməkdaşlıq üçün də şirkətlərə açıq qapı rolunu oynayır. Burada yerli və xarici brendlər öz məhsullarını daha geniş və fərqli bazarlara çıxarmaq imkanı əldə edirlər.

Qeyd edək ki, Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını və açıq sahəsini əhatə edən builki “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində 31 ölkədən 450 şirkət iştirak edir. Sərgilərə Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Cənubi Koreya, Fələstin, Finlandiya, Gürcüstan, Hindistan, İordaniya, İran, İspaniya, İsrail, İsveç, İtaliya, Kanada, Latviya, Misir, Niderland, Özbəkistan, Qazaxıstan, Rusiya, Serbiya, Şri Lanka, Türkiyə, Türkmənistan və Yunanıstandan şirkətlər qatılıb. Almaniya, Belarus, Cənubi Koreya, Gürcüstan, İtaliya, Niderland, Şri-Lanka, eləcə də ilk dəfə olaraq Misir Milli Qrupları sərgidə kənd təsərrüfatı və qida sənayesi məhsullarını nümayiş etdirirlər.
Bu il ilk dəfə olaraq dörd gün davam edəcək “Caspian Agro” sərgisində kənd təsərrüfatında tətbiq olunan müasir innovativ texnologiyalar, texnikalar, müasir suvarma sistemləri nümayiş olunur. İştirakçılar Elektron Kənd Təsərrüfatı, robototexnika, pilotsuz uçuş aparatları, IT xidmətləri, süni intellekt, ağıllı kənd, startaplar, alternativ enerji mənbələri, “Green agro” kimi smart bölmələrdə maraqlı məlumatlar əldə edə bilərlər.
Builki sərgidə ilk dəfə olaraq balıqçılıq və akvakultura sahəsi də təmsil olunur. “Caspian Agro” sərgisi balıqçılıq və akvakultura sahəsinin də inkişafına dəstək verəcək innovativ həllərin və qabaqcıl texnologiyaların nümayişi üçün mühüm platformadır.

Fotolar: Xanlar Əlizadə

Məqalədə:
Xəbər lenti

Xəbər lenti