...

Xarici İşlər Nazirliyinin nəzdində İqlim Diplomatiyası İdarəsi təsis edilib

Siyasət Materials 13 May 2025 16:18 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin nəzdində İqlim Diplomatiyası İdarəsi təsis edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan tərəfinin COP29 sədrliyi olaraq bundan sonrakı mövqeyi çoxtərəfliliyə olan təhdidlər fonunda COP29-a qədər əldə edilmiş uğurların qorunub saxlanılmasına çalışmaqdır.

Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” Sərgisi çərçivəsində keçirilən "Təbiət naminə ölkələri səfərbər edən kənd təsərrüfatı" konfransında deyib.

O bildirib ki, prosesi daha da irəliyə aparmaq olar: "Onu daha da səmərəli etmək üçün çalışmaq olar. Ancaq bizim üçün əsas hədəf indiyədək əldə olunmuş nəticələrin reallaşmasına, yəni ambisiyadan icraya yönələn bir addıma keçirilməsidir.

Bununla yanaşı, Azərbaycanın özü artıq uzunmüddətli perspektivdə iqlim danışıqlarının fəal iştirakçısına çevrilmək əzmindədir".

"Bundan sonrakı müddətdə bu prosesdə daha fəal olmaq üçün artıq bizdə müəyyən qədər inzibati institusianal islahatlar da aparılıb. Belə ki, Xarici İşlər Nazirliyinin nəzdində İqlim Diplomatiyası İdarəsi təsis edilib. Həmin idarə artıq bundan sonrakı müddətdə iqlimə bağlı beynəlxalq platformalar çərçivəsində aparılan danışıqların davamlı iştirakçısı olaraq bu prosesdə Azərbaycanın töhfəsini təmin edəcək. Təbii ki, bu proseslərə uyğun olaraq həm iqtisadiyyatımızda, həm də iqlim məsələlərinə yanaşmada yeni siyasi mövqelərimiz formalaşdırıla biləcək", - nazir müavini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti