Bakı. Trend:
ABŞ-də “Northrop Grumman” hərbi-sənaye şirkəti Qlobal Mövqe təyinetmə Sisteminin (GPS) olmadığı şəraitdə səs sürətini üstələyən aparatın naviqasiya və manevr texnologiyasının sınağı həyata keçirilib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, qeyd olunan texnologiya “Talon-A” aparatının iki eksperimental uçuşu zamanı yoxlanılıb. Sınaq çərçivəsində aparat xüsusi inersial ölçmə bloku ilə təchiz olunub.
Şirkətin texnologiyalar üzrə baş direktoru bildirib ki, sınaqda qarşıya qoyulan məqsədə çatıblar və aparatın ilk sınaq uçuşuna tab gətirməsi bu planda inanılmaz dərəcədə pozitiv bir hadisədir.