Bakı. Trend:
Həyatın planı, bəlkə də, hər kəs üçün eynidir. Amma insanlar şəxsi təcrübələrinə uyğun addımlar atırlar”.
Trend xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov açıqlayıb.
Onun sözlərinə görə, cəmiyyətin təqdim etdiyi "kimlik" anlayışı ilə yaratmaq istədiyimiz "kimlik" qarşılaşanda psixoloji narahatlıqlar yaranır:
“O zaman şəxs psixoloji narahatlıqlarının mənbəyini müəyyən edə bilmir. Günlük plan müsbət vərdiş yaratmaqdır. Günlük plan yoxdursa, insanda gələcəyə baxış formalaşmır. Bizi gələcəyə aparan günlük plandır. Gələcək üçün istinad yaratmağa çalışırıq. Günlük plan ilə həyatın planı arasında uçurum varsa, insanın gələcəklə bağlılığı qopur. Yəni, gələcək həm də ümid anlayışıdır. Ümidin mənfi tərəfi günlük planda özünü büruzə verə bilər, amma müsbət tərəfi yaşamağa bağlıdır. İnsan rahatlığı üçün günlük planına, azadlığı üçün həyatın planına uyğunlaşmağa çalışır”.
Psixoterapevt qeyd edib ki, insan rahatlıq və azadlıq arasında körpü inşa etmək istəyir:
“Günlük planın həyatın planına xidmət etməsini istəyir. Günlük planda əmək fəaliyyəti ilə məşğul olmaq həyat planında xoşbəxtliyi əvəzləyir. Ona görə insan əməyin əziyyətini qəbul edə bilir. Günlük plan ilə həyatın planı arasında fərqlər olsa da, bağlantılar da özünü göstərir. Fərqliliklər bağlantıları formalaşdırır”