...

Bəşəriyyət daha bir pandemiya təhlükəsi ilə üz-üzə qalıb

Dünya xəbərləri Materials 13 May 2025 14:50 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Bəşəriyyət yeni bir pandemiya təhlükəsi ilə üz-üzədir. Söhbət ev pişikləri arasında sürətlə yayılan quş qripindən (H5N1) gedir. Belə bir qənaətə Merilend Universitetinin İctimai Səhiyyə institutunun alimləri gəliblər.

Trend xəbər verir ki, araşdırmanın nəticələri “Open Forum Infectious Diseases” dərgisində nəşr olunub.

Son 20 ilin məlumatlarını təhlil edən tədqiqatçılar narahatedici bir tendensiyanı qeyd ediblər: virus aktiv şəkildə mutasiyaya uğrayır və növlər arasında ötürülür. Alimləri xüsusilə pişiklərin yüksək həssaslığı narahat edir. 18 ölkədə heyvanlar arasında qeydə alınmış 607 yoluxma halının yarısı ölümlə nəticələnib.

Virus heyvanların orqanizminə yoluxmuş quşların yeyilməsi, çiy ətin və ya yoluxmuş inəklərin südündən istifadə nəticəsində daxil ola bilər. Lakin pişiklərdə quş qripinin diaqnostikası, adətən, ölüm sonrası aparılır ki, bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir.

H5N1 ağır nevroloji simptomlar yaradır və bu simptomlar quduzluğu xatırladır. Tədqiqatçıların fikrincə, virusun ev və kənd təsərrüfatı heyvanları arasında yayılması xüsusilə təhlükəlidir. Sığınacaqlar, fermalar və zooparklar potensial infeksiya mənbəyinə çevrilə bilər. Alimlər virusun gələcək mutasiyalar nəticəsində insanlar arasında hava-damcı yolu ilə yayılmasının mümkünlüyünü də istisna etmirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti