...

Məcburi əməyə məruz qalan iki ukraynalı qadın Azərbaycanda sığınacağa yerləşdirilib

Cəmiyyət Materials 13 May 2025 12:03 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bizim idarənin nəzdində fəaliyyət göstərən sığınacaqda bu illər ərzində 300-350 nəfərdən çox insan alveri qurbanı yerləşdirilib.

Trend xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deyib.

O bildirib ki, elə insanlar var ki, 3-4 il orada yaşayıblar.

“1991-1992-ci illərdə məcburi əməyə məruz qaldığı üçün Bakıya köçən insanlar var. Onların heç bir sənədi yoxdur. Onların arasında Ukraynada anadan olan iki xanım var, Rusiya-Ukrayna müharibəsi nəticəsində yaşadıqları ərazi zəbt edilib. Biz həmin ölkənin Daxili İşlər Nazirliyi vasitəsilə sözügedən şəxslərin doğum haqqında şəhadətnamələrini almağa cəhd göstərmişik”, - deyə H.Aslanov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti